Şiddətli yağışın yol açdığı sellərdə ölənlərin sayı 47 çatdı
Çinin yerli mətbuatının verdiyi xəbərə görə, Quanqdonq əyalətinin Meycou əyalətində Sonqyuen çayının daşması nəticəsində meydana gələn daşqınlarda Pingyüen rayonunda 38 nəfər ölüb.
Beləliklə, Meycouda daşqınlarda həyatını itirənlərin sayı 47-yə yüksəlib. Meyşian rayonunda 4 nəfərin, Ciaolinq rayonunda isə 5 nəfərin öldüyü daha əvvəl açıqlanmışdı.
Həftə ərzində yağan güclü yağış, sel və torpaq sürüşməsi rayonda böyük maddi ziyana səbəb olub. Sonqyüen çayı boyunca yüzlərlə körpü dağıdılıb, 365 kilometr yol zədələnib, hektarlarla kənd təsərrüfatı sahəsi su altında qalıb.
Ötən həftə Çinin cənubundakı Fucien və Guicou əyalətləri və Quangxi Cuang Muxtar Bölgəsi də güclü yağışların yaratdığı daşqınlarla üzləşib.
Milli Meteorologiya Mərkəzi həmçinin ölkənin cənubunda Quicou, daxili bölgələrdə Hinan və Anhui və şərqdə Jiangsu əyalətində güclü yağış və daşqın xəbərdarlığı edib.