📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Silahla ehtiyatsız davranan leytenant həlak oldu

2024-09-23 09:01:57

Silahla ehtiyatsız davranan leytenant həlak oldu

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. 

Hurriyyet.az-ın məlumatına görə, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.