📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Silahlarınızı təhvil verin" - “Taliban”dan əfqanlara ÇAĞIRIŞ

2021-08-18 11:54:00

Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirən “Taliban” hərəkatı yerli əhalini silahlarını təhvil verməyə çağırıb.

HURRİYYET.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Agentliyin məlumatına görə, “Taliban” Əfqanıstanın dinc sakinlərini silah-sursatlarını hərəkatın səlahiyyətli üzvlərinə təhvil verməyə çağırıb.

Qeyd edək ki, “Taliban” hərəkatı avqustun 15-i ölkənin paytaxtı Kabil şəhərinə daxil olub. Bunun ardınca, ölkə Prezidenti Əşrəf Qani istefa verdiyini elan edərək ölkədən gedib.