📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Şimal axını-2” qaz kəmərinin operatoru bankrot oldu?

2022-03-01 16:41:00

“Şimal axını-2” qaz kəmərinin operatoru bankrot oldu?

Hurriyyet.az xəbər verir ki, Rusiyanın “Şimal axını-2” qaz boru xəttinin operatoru olan “Nord Stream 2 AG” şirkəti müflis oldunu bəyan etməyə hazırlaşır. Bu barədə açıqlamanı anonim mənbələrə istinad edən “Röyters” agentliyi verib.

“İnterfaks” agentliyinin xatırlatdığı kimi, “Nord Stream 2 AG” şirkəti hələ Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından əvvəl ABŞ-ın sanksiya siyahısına daxil edilmişdi. Almaniya hakimiyyəti ona müstəqil qaz nəqli operatoru kimi sertifikat verilməsi prosesini dayandırmışdı. ABŞ-ın şirkətə qarşı sanksiyalarından sonra isə şirkətin İsveçrədəki 140 nəfər əməkdaşı işdən çıxarılıb.

Hürr Tərcüman