📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Şimal axını”nda dördüncü sızma halı aşkarlandı

2022-09-29 10:16:00

“Şimal axını”nda dördüncü sızma halı aşkarlandı

İsveçin Sahil Mühafizə Xidməti “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində dördüncü sızma halını qeydə alıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Svenska Dagbladet” qəzeti yayıb.

Məlumata görə, sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb.

Bizim.media