📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Şimali Kipr Türk Cümhuriyyətinə biletin qiyməti çox bahadır" - ELXAN ŞAHİNOĞLU

2023-11-21 11:29:13

"Təyyarə biletlərinin qiyməti bu civarda qalacaqsa, iki ölkə arasında gediş-gəlişin artacağı, turizmin və ticarətin həyata keçirilməsi arzu olaraq qalacaq"

"Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar oktyabr ayında Bakıda oldu, prezident İlham Əliyevlə geniş fikir mübadiləsi apardı. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq qərarı verildi. İki ölkə arasında əməkdaşlığın genişlənməsinin əsas şərtlərdindən biri təyyarə reysləridir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, Bakı-Lefkoşe birbaşa təyyarə reysinin açılmasının çətinlikləri olsa da, hələlik İstanbul və Antalya üzərindən uçuşların yerinə yetirilməsi planlaşdırılıb: "Maraqlandım, aprel ayı üçün Şimali Kipr Türk Cümhuriyyətinə 1 nəfər üçün gediş-gəliş biletinin ən uyğun qiyməti 800 manatdır. Bu, çox böyük məbləğdir. Təyyarə biletlərinin qiyməti bu civarda qalacaqsa, iki ölkə arasında gediş-gəlişin artacağı, turizmin və ticarətin həyata keçirilməsi arzu olaraq qalacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az