Şimali Kiprdə Rusiya nümayəndəliyi açılacaq
TASS Rusiyanın Cənubi Kipr Rum Administrasiyasındakı səfirliyinin Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) paytaxtı Lefkoşada Rusiya vətəndaşları üçün konsulluq xidmətləri göstərməyə başlayacağını bildirib. Mövzu ilə bağlı KKTC - dən də açıqlama gəlib.
TASS-ın xəbərinə görə, Rusiyanın Cənubi Kipr Rum Səfirliyindən bir rəsmi, "Tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq" deyib.
Sözügedən addımın Rusiyanın Kiprin şimalında yaşayan Rusiya vətəndaşlarına qarşı öhdəliklərinin yerinə yetirilməsi üçün atılacağına işarə edən rəsmi, ABŞ, İngiltərə, Almaniya, İtaliya və Fransanın uzun müddətdir Kiprin şimalına konsulluq xidməti göstərdiyini qeyd edib. Şimali Kipr Türk Cümhuriyyətində təxminən 50 min Rusiya vətəndaşının yaşadığı bildirilir.
Rusiyanın bu addımından sonra KKTC-dən açıqlama gəlib. KKTC Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu, "Rusiyanın KKTC-də konsulluq açmaq qərarı bir ildir müzakirə olunur. Bu ofis olacaq və Rusiyanın KKTC-ni tanıması kimi şərh edilməməlidir", deyə şərh verib.
Ülviyyə, Hurriyyet.az