Şimali Kiprdən açıqlama: “Azərbaycanın bizi tanıması...”
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Baş naziri Faiz Sucuoğlu bu gün “Anadolu Agentliyi”nə müsahibəsində Azərbaycanın Şimali Kipri tanımasını istədiklərini bildirib: “Azərbaycanının Şimali Kipr Türk Respublikasını tanıması mühüm bir addım olar”.
Sucuoğlu deyib: “Azərbaycanı da daxil etsək, Türkiyə ilə birlikdə “üç millət, bir dövlət” olacağıq. İnşaallah qarşıdakı dövrdə azərbaycanlı qardaşlarımızla həm siyasi, həm də iqtisadi sahədə əlaqələrimiz artacaq. Gözlədiyimiz – xüsusilə qardaş olaraq, eyni kökdən gəldiyimiz, eyni dildə danışdığımız, eyni dili bölüşdüyümüz Azərbaycanın da Şimali Kipr Türk Respublikasını tanımasıdır. Bu, mühüm addım olacaq. Biz artıq qərarımızı vermişik, daha “federasiya” olmayacaq. Bundan sonra iki suveren, bərabər dövlətdən söz gedə bilər. Bu məsələdə hörmətli Prezidentimiz Ersin Tatarın qətiyyətli mövqeyi, Türkiyə Prezidenti hörmətli Rəsəb Tayyib Ərdoğanın inanılmaz dəstəyi var”.
Hürr Tərcüman