Şimali Kiprin tanınması yolunda Rusiya hansı addımları atacaq? – Bəxtiyar Tuncay yazır
Hurriyyet.az xəbər verir ki, türkoloq alim, araşdırmaçı yazar Bəxtiyar Tuncay öz “Feysbuk” səhifəsində Şimali Kipr Türk Respublikası barəsində və onun Rusiyanın ilə əlaqələrindən yazıb: “Şimali Kipr Türk Cümhuriyyətinin Aralıq dənizində tutduğu strateji mövqeyə görə Türk dünyası üçün hansı önəmə sahib olduğunu izah etməyə ehtiyac yoxdur. Bu ada dövləti də eynən Türkiyənin Aralıq sahillərində yerləşən şəhərləri kimi ruslar tərəfindən bəyənilib kütləvi köçə məruz qalan yerlərdəndir. Dövlətin tanınmamış olması üzündən, eləcə də Rusiyanın iqtisadi blokadaya məruz qalması səbəbindən rəsmi Moskva maliyyə blokadasını yarmaq üçün Türkiyənin tövsiyəsi və razılığı ilə bu ölkənin banklarını seçmişdir. Elə bu səbəbdən də yaxın günlərdə ada dövlətinə Rusiyadan birbaşa uçuşların təşkili, eləcə də burada Rusiyanın konsulluğunun açılması gözlənilir. Açılarsa, açılacaq ilk konsulluq olacaq və sözügedən Türk Cümhuriyyətinin tanınması istiqamətində, kiçik də olsa, ilk addım olacaq. Və təkcə bu deyil.
11 noyabrda Türk Birliyinin Səmərqənddə baş tutacaq növbəti toplantısında Türkmənistanın həqiqi üzv olması ilə yanaşı, Kiprin də müşahidəçi qismində quruma qatılması gözlənilir.
Xeyirli-uğurlu olsun!!!”
Hürr Tərcüman
