📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Koreya dənizə qanadlı raketlər atdı

2023-07-22 08:02:00

Şimali Koreya dənizə qanadlı raketlər atdı

Hurriyyet.az xəbər verir ki, Şimali Koreya bu gün səhər saatlarında (yerli vaxtla 4:00 radələrdində) Çin ilə Koreya yarımadası arasında yerləşən Sarı dənizə bir neçə qanadlı raket atıb. Xəbəri “Yonhap” agentliyi Cənubi Koreyanın Baş qərargahına istinadla yayıb. Bundan 3 gün əvvəl isə Şimali Koreya Yapon dənizinə yaxın mənzilli iki ballistik raket atmışdı.

Xatırladaq  ki, Ş imali Koreya keçən həftə ikinci dəfə özünün ən yeni “Hwasong-18” qitələrarası ballistik raketini atmışdı. Bu raketin əvvəlki sınağı zamanı Yaponiyanın şimalındakı sakinlərə bomba sığınacaqlarında gizlənmək tövsiyə olunmuşdu.

Çərşənbə axşamı günü Amerikanın balistik raketləri daşıyan “Ohayo” sinfinə aid sualtı qayığı Cənubi Koreyanın Buzan limanına daxil olub.

Hürr Tərcüman