📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Koreya lideri növbəti 5 ilə işarə etdi - Müharibə cəbhəsi genişlənəcək

2026-02-09 18:00:26

Şimali Koreya lideri növbəti 5 ilə işarə etdi - Müharibə cəbhəsi genişlənəcək

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) yaradılmasının ildönümü ilə bağlı çıxışında ölkəsinin müdafiə gücünün artırılacağını bəyan edib.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, Kim Çen In Şimali Koreya ordusunun son beş ildə ölkənin inkişafında mühüm rol oynadığını bildirib.

"Bu rol olmasaydı, bugünkü nailiyyətlər əldə olunmazdı. Buna görə də xalqın orduya inamı daha da artıb. Bu etimad Şimali Koreya ordusunu daha böyük uğurlar qazanmağa təşviq edir. Bu il böyük transformasiya ilidir. Ordumuzun döyüş cəbhəsi daha da genişlənəcək və bu, daha intensiv səylər tələb edəcək. Növbəti beş il ordumuzun unikal rolunun daha da güclənəcəyi illər olacaq", - deyə o qeyd edib.