Şimali Koreya liderindən Pezeşkiana dəstək mesajı
2026-02-11 15:39:40
Şimali Koreya lideri Kim Çen In İran İnqilabının 47-ci ildönümü münasibətilə İran prezidenti Məsud Pezeşkiana təbrik mesajı göndərib.
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreya administrasiyası məlumat yayıb.
Bildirilib ki, Kim mesajında İran hökumətinə və xalqına xoş arzularını çatdırıb, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümid etdiyini vurğulayıb.
"Xalqınıza milli suverenliyi müdafiə etmək uğrunda mübarizəsində uğurlar arzulayıram", - deyə o qeyd edib.
Şimali Koreya liderinin rəsmi Tehrana dəstək mesajının ABŞ-ın İranla nüvə danışıqları apardığı və hücum təhdidlərini davam etdirdiyi bir vaxta təsadüf etməsi diqqət çəkib.