📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Koreya liderini görənlər tanımadı: Çox dəyişilib - FOTO

2021-10-28 22:39:00

Şimali Koreya liderini görənlər tanımadı: Çox dəyişilib - FOTO

Şimali Koreya lideri Kim Çen İnın xarici görünüşü yaxşı mənada dəyişib, o 20 kq arıqlayıb.

Bu barədə məlumatı Cənubi Koreya kəşfiyyatının nümayəndəsinə istinadla “Blumberq” yayıb.

Kəşfiyyatçılar bildiriblər ki, 2019-cu ildə Kimin çəkisi 140 kq olub, ancaq bundan sonra o, özünü formaya salmağı bacarıb.

Kim Çen İnin arıqlaması onun xəstəliyi ilə bağlı şayiələri gündəmə gətirsə də, kəşfiyyat onun sağlam olduğu qənaətindədir.

Qeyd edək ki, Kim ötən gün xalqa müraciətində Çinlə sərhədin bağlanması səbəbindən qida çatışmazlığının 20205-ci ildək davam edəcəyini və deyilən ilə qədər “az yeməyi” məsləhət görmüşdü. Belə görünür ki, lider özü “az yeməkdə” xalqa nümunə göstərir.\\Kanal