📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Koreya qitələrarası ballistik raket atılması xəbərini təsdiqlədi

2024-10-31 09:15:11

Şimali Koreya qitələrarası ballistik raket atılması xəbərini təsdiqlədi

Hurriyyet.az xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası qitələrarası ballistik raket atdığı barəsindəki məlumatı təsdiq edib. Raketin havaya buraxılması "mərasimi"ndə dövlət başçısı Kim Çen In da iştirak edib.
Koreya Xalq Demokratik Respublikasının Mərkəzi Teleqraf Agentliyi ölkə lideri Kim Çen Inın əmri ilə qitələrarası ballistik raketin "çox mühüm sınağının" keçirildiyini xəbər verib. Agentlik sınağın əhəmiyyətinin "strateji raketlərin güc rekordunun təzələnməsi" olduğunu qeyd edib.
Hürr Tərcüman