Şimali Koreya qitələrarası ballistik raketi havaya uçurdu
2022-03-25 17:21:00
Hurriyyet.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, Şimali Koreya mətbuatı ölkə başçısı Kim Çen Inın əmri ilə “Hvason-17” qitələrarası ballistik raketinin uğurla sınaqdan keçirildiyini bildirib. Kim Çen ölkəsinin “ABŞ-dan olan imperialistlərə qarşı mübarizəyə hazır olduğunu” bəyan edərək deyib: “KXDR-in yeni strateji silahı bütün dünyaya bizim strateji silahlı qüvvələrimizin qüdrətini bir daha dərk eləmək imkanı verəcəkdir”.
Hürr Tərcüman