📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Koreya Yapon dənizinə iki ballistik raket alıb

2022-10-28 14:58:00

Şimali Koreya Yapon dənizinə iki ballistik raket alıb

Hurriyyet.az xəbər verir ki, Cənubi Koreyanın Baş Qərargahı ilə Yaponiya hökuməti Şimali Koreyanın Yapon dənizi istiqamətində iki ballistik raket atdığını bildiriblər.

Cənubi Koreya Baş Qərargahının verdiyi xəbərə görə, qısa mənzilli iki ballistik raket Şimali Koreyanın cənub—şərqindəki Kanqvon bölgəsindən Yapon dənizi istiqamətinə atılıb. Sınaqların yerli vaxtla saat 11.59 və 12.18-də keçirildiyi qeyd edilir.

Yapon hökuməti raketlərin, Yapon xüsusi iqtisadi zonasının xaricinə düşdüyünü və ərazidəki gəmi və təyyarələrə zərər dəymədiyini bəyan edib.

Beləliklə, Pxenyan hakimiyyəti BMT-nin qərarını pozaraq, 2022-ci ilin əvvəlindən bəri 28-ci sınağını keçirib.

Hürr Tərcüman