Şimali Koreyada kovid tədbirləri – paytaxta min ton duz göndərildi, Çinin peyvəndləri geri qaytarıldı
Hurriyyet.az Haberqlobal kanalına istinadla xəbər verir ki, ətraf dünya ilə əlaqəsini kəsmiş Şimali Koreyada koronavirus sürətlə yayılmaqdadır. Dövlə mediası Kovid-19 ilə müarizə üçün vətəndaşlara duzlu su ilə qarqara və biki çaylarından istifadə eləməyi tövsiyə edib.
2020-ci ilin əvvəllərində Şimali Koreya paandemiyadan izolyasiya olunmaq üçün sərhədlərini bağlayı. Kim Çen In indiyə qədər xaricdən təklif edilən tibbi dəsəyi rədd edib. Dövlət mətbuatı ölkədə “qızdırma” adlandırılan koronavirusla mübarizə üçün xalq təbabətindən istifadə eləməyi tövsiyə edib.
“Rodong Simnun” adlı iqtidar qəzeti ciddi şəkildə xəstə olmayanlar üçün zəncəfil, yaxud da doqquzdon çayı və söyüd yarpağı dəmləmələrini içməyi məsləhət görüblər.
Həmçinin, səhər və axşam duzlu su ilə qarqara edilməsini məsləhət görən reportajlar nümayiş etdirilib.
Dövlət mediasının bildirdiyinə görə, “antiseptik tədbirlər” çərçivəsində Pxenyana min ton duz göndərilib.
BBC kanalının verdiyi xəbərə görə, xəstələrə ağrıkəicilərlə yanaşı, iburfen, amoksisilin və digər antibiotiklərdən istifadə eləmək tövsiyə edilib.
Şimali Koreyada səhiyyə sitemi tamamilə pulsuzdur.
Şimali Koreya 2021-ci ildə “Kovaks” qlobal yardım proqramı çərçivəində Çin istehsalı olan 3 milyon doza peyvənd yardımını qəbul etməyib və digər təklifləri də rədd edib.
Hürr Tərcüman