📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Koreyadan növbəti addım: Yapon dənizinə naməlum mərmi atıldı

2026-09-20 14:51:48

Şimali Koreyadan növbəti addım: Yapon dənizinə naməlum mərmi atıldı

Şimali Koreya (KXDR) Yapon dənizi istiqamətində növbəti naməlum mərmini buraxıb.

Musavat.com xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Baş verən insidentin təfərrüatları, o cümlədən buraxılan mərminin növü, mənzili və bu əməliyyatın dəqiq məqsədi barədə hələ ki rəsmi məlumat verilmir.

Yalnız o məlumdur ki, Cənubi Koreya hərbçiləri mərminin buraxılması faktını dəqiq qeydə alıblar və hazırda müttəfiqlərlə birlikdə kəşfiyyat məlumatlarının təhlilini davam etdirirlər.