📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Koreyadan növbəti qəribə qadağa – İntihar etmək olmaz!

2023-06-08 13:08:00

Şimali Koreyadan növbəti qəribə qadağa – İntihar etmək olmaz!

Şimali Koreya lideri Kim Çen In ölkə xalqına intihar etməyi qadağan edib. O, bunun “sosializmə xəyanət” olduğunu deyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

Məlumata görə, KXDR lideri intiharı qadağan edən mexanizmlərin işlənib hazırlanması barədə tapşırıq verib. Lakin buna baxmayaraq, yerli məmurlar hələ də mövcud tapşırığın icrasıyla bağlı münasib həll yolu tapa bilməyiblər.

KXDR-dəki mənbələrin məlumatına görə, Şimali Koreya vətəndaşları arasında intiharların sayı ötən illə müqayisədə 40 faiz artıb.