📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Koreyadan yeni ballistik raketlər

2026-04-19 10:37:37

Şimali Koreyadan yeni ballistik raketlər

Səhər saatlarında Şimali Koreya Yaponiya tərəfindən ballistik raket kimi qiymətləndirilən bir neçə raket buraxıb.

Modern.az xəbər verir ki, bu barədə Avstraliyaya səfəri çərçivəsində Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi açıqlama verib.

Nazirin sözlərinə görə, raket buraxılışı yerli vaxtla təxminən saat 06:00-da həyata keçirilib.

Yaponiya tərəfi raketlərin artıq yerə düşdüyünü bildirib. Qeyd olunub ki, düşmə zonası ölkənin eksklüziv iqtisadi zonasından kənarda yerləşib. Tokio eyni zamanda raketlərin Yaponiyanın eksklüziv iqtisadi zonasına daxil olmasını təsdiqləyən hər hansı məlumatın olmadığını vurğulayıb.