Şimali Koreyanın raketləri ABŞ ərazisinə çata bilər
2023-07-19 12:14:00
Şimali Koreyanın sınaqdan keçirdiyi ballistik raketlər Amerika torpaqlarına çatmaq qabiliyyətinə malikdir.
Hurriyyet.az xəbər verir ki, bunu ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Con Akvilino deyib.
Admiral qeyd edib ki, Pentaqon hələlik Şimali Koreya raketlərinin nüvə avadanlığı ilə ABŞ ərazisinə çata biləcəyini qiymətləndirə bilmir:
“Bu məqsədə çatmaq üçün Şimali Koreya konstruktorları nüvə başlığının ölçüsünü azaltmalıdırlar. Amma Pxenyanın belə bir nəticəyə nail olub-olmayacağı hələlik bəlli deyil”.