Şimali Koreyanın xarici işlər naziri Rusiyaya gedib
2024-10-29 11:15:59
Hurriyyet.az xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Çoy Son Hi Rusiyaya rəsmi səfərə gedib. Bu barədə Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasındakı səfirliyi öz "Teleqram" kanalında məlumat verib. Məlumatda deyilir:
"KXDR XİN rəhbəri Rusiya Federasiyasına 2024-cü ilin iyun sammiti zamanı ölkələrimizin liderləri arasında əldə edilmiş razılaşma əsasında aktivləşdirilmiş strateji dialoq çərçivəsində səfər edir".
Səfirlik RF ilə KXDR arasında həmin sammitdə imzalanmış razılaşmaya uyğun olaraq beynəlxalq siyasət və ikitərəfli münasibətlərlə bağlı məşvərətin müntəzəm şəkildə keçiriləcəyini bildirib.
Hürr Tərcüman