📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Makedoniya Rusiya diplomatlarını geri göndərir

2022-04-15 15:26:00

Şimali Makedoniya Rusiya diplomatlarını geri göndərir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Şimali Makedoniya dövləti Rusiyanın altı nəfər diplomatını “arzuolunmaz şəxs” elan edərək geri göndərib.

Bu barədə açıqlama Şimali Makedoniyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Nazirlik rusiyalı diplomatların “Diplomatik münasibətlərlə bağlı Vyana Konvensiyasına zidd olan fəaliyyətlə məşğul olduğunu” bəyan edib. Ölkəni tərk eləmək üçün diplomatlara beş gün vaxt verilib.

Martın 28-də də Şimali Makedoniya Rusiyanın daha 5 nəfər diplomatının qovulmasını qərara almışdı.

Hürr Tərcüman