📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Simonyan: "Azərbaycanla sülhə ümid edirik"

2024-07-11 13:10:02

Simonyan:

Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistan-Azərbaycan münaqişəsinin artıq iki müharibəyə və fəlakətlərə səbəb olduğunu söyləyib və Bakı ilə İrəvan arasında sülhün bərqərar olacağına ümid bəslədiyini bildirib.
Parlamentin növbədənkənar iclasında çıxış edən Simonyan sərhədlərin delimitasiyasını Alma-Ata deklarasiyasının prinsipləri əsasında aparmaq niyyətində olduqlarını söyləyib. Simonyan deyib: "Bununla da iki dağıdıcı müharibəyə səbəb olmuş onillik düşmənçiliyə son qoyular".
Hürr Tərcüman