📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Simonyan: “Ermənistan-Dağlıq Qarabağ komissiyası” buraxılmalıdır

2024-09-09 11:29:44

Simonyan: “Ermənistan-Dağlıq Qarabağ komissiyası” buraxılmalıdır

“Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılması lazımdır, çünki artıq “ikinci tərəfin səlahiyyəti” yoxdur.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O qeyd edib ki, artıq “Dağlıq Qarabağın vəzifəli şəxsləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini yoxdur və sözügedən formatın ləğvi məsələsini ciddi şəkildə müzakirə etmək lazımdır.