Simonyan Paşinyan iqtidarından şikayətləndi: “Zatulin kimi məni də Ermənistana buraxmırlar”
2022-10-26 09:51:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan öz “Teleqram” kanalında Paşinyan iqtidarının onun Ermənistana girişini qadağan elədiyini yazıb. Simonyan yazıb: “Ermənistanın indiki rəisi uzun illər hərarətlə Ermənistanı müdafiə eləmiş Konstantin Zatullinin Ermənistana gedişini qadağan edib. Yeri gəlmişkən, mənim də”.
Xatırladaq ki, rəsmi İrəvan Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin Ermənistana gedişini qadağan edib. Ermənistanı dəstəkləməsi ilə tanınan deputat bu qərarı gözlənilməz və “təhqiredici addım” adlandırıb.
Hürr Tərcüman