Simonyan qana gəzir: “Rusiya Londonu vurmalıdır!”
2023-07-17 15:57:00
Hurriyyet.az xəbər verir ki, Kremlin təbliğatçısı Marqarita Simonyan Krım körpüsünün vurulmasında həm Ukraynanı, həm də Britaniyanın xüsusi xidmət orqanlarını ittiham edərək Londondakı Touer körpüsünü (Tower Bridge) vurmaq çağırışı edib.
Simonyan öz “Teleqram” səhifəsində yazıb: “Krım körpüsünə hücumun Britaniyanın xüsusi xidmət orqanlarının köməyi ilə edildiyi doğrudursa, bu Tauer körpüsünü legitim hədəfə çevirirmi? Məncə, hə”.
Hürr Tərcüman
