📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Simonyan: "Qarabağ həmişə Azərbaycan ərazisi olub"

2024-10-22 11:32:01

Simonyan:

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan revanşistləti susdurarkən Qarabağın əvvəllər də, indi də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu söyləyib. 
"Newsarmenia.am" saytının yazdığına görə, oktyabrın 20-də "Azatyutyun"a müsahibə verən Alen Simonyan Azərbaycanın Ermənistana və Qarabağdakı separatçılara hücum eləmək hüququ olub-olmadığı kimi təxribatçı sualının cavabında deyib: "Qarabağda əməliyyat aparmaq ilə Ermənistan ərazilərini işğal etmək hüquq baxımından fərqli şeylərdir. 
Azərbaycan Qarabağda əməliyyat apararkən BMT-nin azı 3-4 qətnaməsinə əsaslanıb".
Bundan sonra Simonyan parlamentdəki çıxış edərkən müxalifətçi Qeqam Manukyan həmin müsahibəni xatırladaraq soruşub: "Azərbaycanın Qarabağa hücum emək hüququnun olduğunu və BMT qətnamələrinin buna imkan verdiyini haradan götürmüsünüz?"
Simonyan cavabında deyib: "Fakt fakt olaraq qalır: həmin ərazilər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olub və indi də olaraq qalır".
Hürr Tərcüman