Simonyan Qazaxıstanın qarşısına 6 şərt qoydu! Rus dili dövlət dili olsun, kiril əlifbası qaytarılsın...
Nazarbayevi rəhbərlikdən kənarlaşdıran Tokayev Qazaxıstanı ruslaşdırmağa razıdır?
Hurriyyet.az Dialog.ua portalına istinadla xəbər verir ki, Kremlin baş təbliğatçısı, Prezident Vladimir Putinin “danışan dili” Marqarita Simonyan Rusiyanın Qazaxıstandakı etirazçıların qovulmasına hərbi yardım etməsi üçün Qazaxıstanın qarşısına 6 tələb irəli sürüb. Putin iqtidarının təbliğat maşınının əsas siması, “Russia Today” beynəlxalq informasiya şəbəkəsinin rəhbəri Marqarita Simonyan 5 yanvar günü axşam öz “Teleqram” kanalında Qazaxıstan hakiiyyətinin qarşısına qoyulan şərtləri dərc edib. Bu şərtlərin qəbul edilməsi Qazaxıstanın demək olar ki, tamamilə ruslaşdırılması deməkdir.
Simonyan kütləvi nümayişləri rus hərbçilərinin vasitəsi ilə dağıtmaq üçün Tokayev hakimiyyətindən aşağıdakı şərtlərin reallaşdırılmasını tələb edib:
- İşğal edilmiş Krımı Rusiyanın ərazisi kimi tanımaq.
- Kiril əlifbasına qayıtmaq.
- Rus dilini ikinci dövlət dili etmək.
- Rus məktəblərini “rahat buraxmaq”.
- Ölkədə “Rusiya əleyhdarı olan qeyri-kommersiya təşkilatlarını” məhv eləmək.
- Millətçi qüvvələrlə əməkdaşlıq eləmədən Rusiyaya qarşı “qardaş” daxili siyasət yürütmək.
Bəlli olduğu kimi, Rusiyanın lideri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri artıq Qazaxıstanda xidmətə başlayıb. Deməli, Kasım-Jomart Tokayev iqtidarı bu şərtləri qəbul edib?
Hürr Tərcüman