📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Simonyan: "Rusiya hərbçiləri getməlidirlər"

2024-02-27 13:20:24

Simonyan:

Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya sərhədçilərinin "Zvartnots" aeroportundan çıxarılması məsələsinin müzakirəsində iştirak etməsə də, bu problemlə bağlı mövqeyini bildirib.
Simonyan jurnalistlərə açıqlamasında deyib: "Lakin mən düşünürəm ki, Rusiya hərbçilərinin oradan getməsi düzgün olardı". Spiker Ermənistanın öz sərhədlərini qoruya biləcəyini fikirləşdiyini deyib: "Mən onların ölkəmizin sərhədlərini müdafiə edəcəklərinə əmin deyiləm, siz əminsinizmi? Artıq neçənci dəfədir ki,  onların sərhədləri müdafiə eləmədiyi isbat olunub. Onlar sərhədlərin daha çox zəifləməsi üçün hər şeyi ediblər".
Hürr Tərcüman