📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Simonyan Təhlükəsizlik Şurasının katibi oldu

2026-08-13 15:36:36

Simonyan Təhlükəsizlik Şurasının katibi oldu

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi təyin edilib. 

Hurriyyet.media  Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan bununla bağlı Sərəncam imzalayıb.

O bu vəzifədə Armen Qriqoryanı əvəz edib. 

N.Paşinyan daha əvvəl hökumətin iclasında çıxışı zamanı A.Qriqoryanın iclasda sonuncu dəfə Təhlükəsizlik Şurasının katibi qismində iştirak etdiyini bildirib. O bu vəzifəni təxminən 8 il icra edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş nazirinin Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edəcəyi ilə bağlı iddialar yayılmışdı. Bildirilirdi ki, hakimiyyət orqanlarında bunun Baş nazirin Simonyana toy hədiyyəsi olacağı barədə zarafatlar dolaşır.