Simonyandan Hikmət Hacıyevlə bağlı AÇIQLAMA: "Onun nömrəsi məndə var"
2026-09-16 19:16:59
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə danışdığını bildirib.
Hurriyyet.media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Bəli, Hacıyevlə danışmışam. Mənim onda, onun da məndə nömrəsi var. Biz iki gündən bir danışırıq", - deyə Simonyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
Simonyanın sözlərinə görə, söhbətin əsas məğzi sülh prosesini qorumaq üçün bütün lazımi addımların atılmasının vacibliyindən ibarət olub.