📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Simonyandan rus xalqına çağırış: Buna öyrəşin!

2022-05-24 14:26:00

Simonyandan rus xalqına çağırış: Buna öyrəşin!

Marqarita Simonyan Kremlin Qərbi nüvə silahı ilə təhdid etmə siyasətini davam etdirib.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə Vladimir Solovyovun verilişində danışıb.

“Bu ya bəşəriyyət üçün tamamilə pis bitəcək, ya da qalib gələcəyik. Üçüncü seçim yoxdur”, - deyə o, Ukraynadakı müharibə çərçivəsində nüvə silahından istifadə etməyi nəzərdə tutaraq deyib.

Bundan başqa, Simonyan, rusiyalıları Qərbdən təcrid vəziyyətində yaşamağa öyrəşməyə çağırıb, çünki ruslar artıq “o dünyaya” düşməyəcəklər.