📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sinan Oğan Bakıya gəldi - Video

2023-06-13 13:08:00

Sinan Oğan Bakıya gəldi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün rəsmi qarşılanma mərasimi olub.

Hurriyyet.az-ın məlumatına görə, Türkiyə liderini Bakı səfərində müşayiət edənlər arasında “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan da var.

 Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.