📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sinan Oğan Erdoğanı dəstəklədiyini bəyan edəcək – “Hürriyet”

2023-05-22 10:36:00

Sinan Oğan Erdoğanı dəstəklədiyini bəyan edəcək – “Hürriyet”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin  “Hürriyet” nəşrinin hökumət dairələrinə yaxın olan köşə yazarı Abdulkadir Selvi bugünkü yazısında “Ata İttifaqı”ndan (“Atatürk İttifaqı”) prezidentliyə keçmiş namizəd Sinan Oğanın mayın 22-də bəyanat verərək, prezident seçkilərinin ikinci turunda ölkənin indiki Prezidenti R.T.Ərdoğanı dəstəklədiyini bildirəcəyini yazıb.

Abdulkadir Selvi yazıb: “Əldə olan məlumata görə, Sinan Oğan bu gün seçkilərin ikinci turunda Prezident Ərdoğanı dəstəklədiyini bəyan edəcək, terrorçu təşkilatları dəstəklədiyi üçün Kılıçdaroğlunu dəstəkləmədiyini bildirəcək”.

Hürr Tərcüman