📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Şinzo Abe öldü“ - Xəstəxanadan qara xəbər

2022-07-08 09:56:00

“Şinzo Abe öldü“ - Xəstəxanadan qara xəbər

Silahlı hücuma məruz qalan Yaponiyanın keçmiş baş naziri Şinzo Abe xəstəxanaya aparıldıqdan sonra keçinib.

Hurriyyet.az "Kyodo"ya istinadla xəbər verir ki, Abedə həyat əlaməti yoxdur. Onun ürəyinin dayanması dəqiqləşib.

Abe Nara Tibb Universitetinin xəstəxanasına aparılıb.

Hücumda şübhəli bilinən 41 yaşlı Yamaqami Tetsuya hadisə yerində polis tərəfindən saxlanılıb, onun silahı götürülüb.

Abenin Nara şəhərində seçki kampaniyasında çıxışı zamanı hücuma məruz qalıb.