Siqaret almaq ömürlük qadağan edildi – 2025-ci ildən sonra heç kim tütün məhsullarından istifadə etməyəcək
Hurriyyet.az xəbər verir ki, Yeni Zelandiya parlamenti 2009-cu il yanvarın 1-dən sonra dünyaya gələnlərə tütün məhsullarının satışının qadağan edilməsi barəsində qanun qəbul edib.
Bu barədə məlumatı RNZ radiosu yayıb. Məlumatda deyilir ki, bu, Yeni Zelandiya hökumtəinin 2025-ci ilə qədər ölkə sakinlərinin hamısının siqaret çəkməməsinə nail olmaq planı üçün atdığı növbəti addımdır.
Yeni qanuna görə, nikotinin tütün məhsullarında icazə verilən qədəri azalacaq, tütün satışı məntəqələrinin sayı onqar azaldılacaq, bundan başqa, 2009-cu il 1 yanvar tarixindən sonra doğurlanlara siqaret almaq ömürlük qadağan ediləcək.
Hazırda ölkədə 6 000 ədəd tütün satışı məntəqəsi var, gələn ilin axırına qədər onların sayı 600-ə bərabər olacaq.
RNZ radiosunun məlumatına görə, hazırda yeni Zelandiyanın yaşlı əhalisinin cəmi 8%-i hər gün siqaret çəkir ki, bu da 10 il bundan əvvəlki rəqəmlə müqayisədə iki dəfə azdır.
Hürr Tərcüman