📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şirakda HƏBS dalğası

2024-09-12 13:13:15

Şirakda HƏBS dalğası

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı iş çərçivəsində Şirak vilayət administrasiyasının rəsmisi həbs edilib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, onunla yanaşı, məktəblərdən birinin direktoru və direktor müavini də saxlanılıb.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan mediasının sorğusuna cavab olaraq məlumat verib. Məlumata görə, saxlanılan vilayət administrasiyasının rəsmisi təhsil şöbəsinin müdiri Qrayr Karapetyandır.