📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şirinyan: "Ermənilərin ləyaqəti varmı? Əgər varsa, kimliksiz köçəri kimi yaşamamalıdır"

2022-04-18 19:26:00

Şirinyan:

“İstiqaməti türkçülük olan hakimiyyətə qarşı amansız, qəti, məsuliyyətli və qalibiyyətli mübarizənin son mərhələsinə qədəm qoyuruq”.

Bu fikirləri “Hayastan” blokunun üzvü Sayat Şirinyan özünün facebook səhifəsində yazıb.

O, daha sonra vurğulayıb: Mövcud hakimiyyət dövlətçiliyi məhv edən fahişələri öz ətrafında birləşdirib. Maarifçi gənclərimizi məhv edən Paşinyan və komandasında xəyanət, hədsiz kinsizlik, həyasızlıq hökm sürür.

Meydan bu suallara son cavabı verəcək: Ermənilərin ləyaqəti, namusu varmı? Əgər varsa, erməni xalqı dövlətsiz, kimliksiz köçəri kimi acınacaqlı varlığını qorumaqdansa, yaşamaq və yaratmaq haqqına sahib olmalıdır.

Bunun üçün aşağıdakıları etmək lazımdır:

1) Meydanlarda olmaq və Qarabağ uğrunda mübarəzə kimi müqəddəs işlə məşğul olmaq,

2) Müxalifət xalq birləşib vətəndaş itaətsizliyini göstərməli, fasiləsiz mitinqlərə və aksiyalara yeni təkan verməlidir.

3) Aprelin 5-də olduğu kimi, müxalifətin aksiyaları, mitinqləri, yürüşləri partiyasız olmalıdır. Çünki bu mitinqlərin sahibi və qəhrəmanı, iştirakçısı milli dəyərlər sisteminin daşıyıcısı olaraq erməni xalqıdır”.

Natiq Səlim,

KONKRET.az