📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şirkət əməkdaşı 19-cu mərtəbədən düşüb öldü

2021-11-16 16:05:00

Şirkət əməkdaşı 19-cu mərtəbədən düşüb öldü

Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Hurriyyet.az Yenisabah.az-a istinadən xəbər verir ki, Baş Prokurorluqdan  verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən yuxarıda adı çəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynlinin Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb. Səid Hüseynli yıxılaraq ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.