📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

2024-04-26 12:45:08

Şirkət rəhbərinin ölkədən çıxışına

Dərişov Zaxar Zakir oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulur.

Hurriyyet.az xəbər verir ki, pravda.az-ın məlumatına görə, Z.Dərişovla bağlı Şəki Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi edib.

İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat).

Qeyd edək ki, Z.Dərişov "Tapyuva" və "Sun aqro" MMC-lərin qanuni təmsilçisidir.