Şirkət sürücüsü iş başında öldü
2026-10-09 15:44:51
Qaradağda şirkətdə sürücü işləyən şəxs qəfil vəfat edib.
Hurriyyet.net xəbər verir ki, hadisə Sahil qəsəbəsində yerləşən özəl şirkətdə baş verib.
Belə ki, orada sürücü işləyən Bakı şəhər sakini, 60 yaşlı Fərmayıl Firuddin oğlu Vəliyev ürək çatışmazlığından ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.