Şırnakda PKK-ya qarşı əməliyyat keçirilib
2021-11-10 14:00:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyədə jandarma xüsusi bölmələri tərəfindən PKK terrorçularına qarşı növbəti əməliyyat keçirilib, ölkənin cənub-şərqindəki Şırnaq vilayətinin Bestler-Dereler rayonunda aparılan Eren Kış-1 əməliyyatı zamanı iki terrorçu zərərsizləşdirilib. Bu barədə məlumatı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu verib. Hazırda rayon ərazisində əməliyyatlar davam etdirilir.
Hürr Tərcüman