📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sırskidən SON DƏQİQƏ açıqlaması - Bu ərazilər ruslardan TƏMİZLƏNDİ

2025-04-17 17:50:35

Sırskidən SON DƏQİQƏ açıqlaması - Bu ərazilər ruslardan TƏMİZLƏNDİ

Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk rayonu istiqamətində uğurlu əməliyyat həyata keçiriblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində Udaçnoye, Kotlino və Şevçenko kəndləri ətrafında yerləşən ümumilikdə 16 kvadrat kilometr ərazi Rusiya qoşunlarından azad edilib.

Əraziyə nəzarətin bərpa olunması Ukrayna qüvvələrinin cəbhə xəttində təşəbbüsü ələ almasına imkan verib./Musavat.com