📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şirvan sakinindən "patı" və heroin aşkarlanıb

2021-08-11 11:29:00

Şirvan sakinindən

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən əvvəllər məhkum olunmuş İslam Baxşalıyev saxlanılıb.

Onun yaşadığı evə baxış kecirilən zaman 20 qram "patı" adlanan psixotrop maddə maddə - metamfetamin, 50 qrama yaxın heroin, istehlak miqdarından artıq marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.