📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şirvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

2024-09-29 21:21:10

Şirvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Şirvan rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri 2007-ci il təvəllüdlü Müslümov Həsən Afət oğlu, 2008-ci il təvəllüdlü Nəsirova Fatimə Eynulla qızı və hələlik şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.