"Şiş dodaqları TikTok-a buraxmasalar, yaxşı olar"
2023-02-18 23:07:00
Əməkdar artist Vasif Məhərrəmli TikTok-dakı bəzi istifadəçiləri tənqid edib.
İfaçı bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O, sözügedən platformadakı bəzi xanım istifadəçilərin dodaqlarının həddindən artıq silikonlu olması məsələsinə toxunub:
"Şiş dodaqları TikTok-a buraxmasalar, yaxşı olar. Mən öz tövsiyəmi verirəm ki, kaş belə edilərdi. Məsələn, hansısa bir sistem olardı, şiş dodağı görən kimi bağlayardılar".\\OLAY