📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sisi 2030-cu ildə prezident postunu tərk edəcək

2026-10-17 17:44:14

Sisi 2030-cu ildə prezident postunu tərk edəcək

Misir Prezidenti Əbdülfəttah əs-Sisi hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra, 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqlayıb. O, konstitusiyaya dəyişiklik edilməyəcəyini vurğulayaraq daha bir müddət prezident olmaq ehtimalını istisna edib.

Hurriyyet.net  xəbər verir ki, Sisi bunu Misir Hərbi Akademiyasında keçirilən məzun buraxılışı mərasimində deyib.

“2030-cu ildə mənim prezidentlik müddətim başa çatacaq. Bu məsələ tamamilə həll olunub”, – deyə o bildirib.

2014-cü ildən Misirə rəhbərlik edən 71 yaşlı Sisi 2023-cü ilin dekabrında keçirilən seçkilərdə yenidən qalib gəlib. 2019-cu ildə konstitusiyaya edilən dəyişikliklərlə prezidentlik müddəti dörd ildən altı ilə qaldırılıb və onun 2030-cu ilədək vəzifədə qalmasına imkan yaranıb.