📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SİYASİ  FƏLAKƏT  KOLLEKTİV  QƏRBİ  VƏ  RUSİYANI TƏQİB  EDİR...

2024-12-02 17:11:50

SİYASİ  FƏLAKƏT  KOLLEKTİV  QƏRBİ  VƏ  RUSİYANI TƏQİB  EDİR...

Uzun  illər  dünyanın  başqa  ölkələrinə  qarşı  sərgilədikləri  alçaldıcı , sümürgəçi  və mənfur münasibət  indi   "BUMERANQ" effekti  ilə  QƏRB  dövlətlərinin  və  Rusiyanın  kabusuna  çevrilib.
Xüsusiylə, Avropanın Qərb cəmiyyətində  tarixi dəyərlər  sürətlə  məhv olur. 
Siyasi, iqtisadi və mədəni komponentlərin ağırlıq mərkəzi ; Qərbi  Avropdan  Avroasiyaya  yönəlir.
Ukrayna  - Rusiya  müharibəsinin  uzanması   fonunda  Ukrayna  dağılır, RUSİYA  ÇÖKÜR.
 Avropa  Birliyi isə  nüvə  müharibəsi  qorxusu  ilə  yaşayır. 
AVROPA  BİRLİYİ  üzərinə  enən  "siyasi  fəlakəti" özündən  kənarlaşdırmaq  üçün  çarəni başqa  reğionlarda aranı  qarışdırmaqda  görür.
7  oktyabr  2023 - cü  il  tatixində  HƏMAS  silahlı  qrupunun  İsrailə  hücumu  nəticəsində  YAXIN  ŞƏRQ  qarışdı. 
 -  İsrail Fələstin  qarşıdurması  ilə regionda  müharibə  alovu  ətrafa  yayıldı. 
İsraillə  İran ;   İsrail - Livan  toqquşmaları qızışdı.  Regionda  ölkələr  arasında   silahlı  qarşıdurma  davam  edir.
  Bu  münaqişələrlə  kifayətlənməyən  Kollektiv  Qərb ; indi  də  siyasi fəlakətin  istiqmətini  SURİYA, GÜRCÜSTAN  və  ERMƏNİSTAN  üzərinə  yönəldib.
  Hszərda  SURİYA  üç qüvvənin : 
 --1.(Rusiya + Iran) , 
--2. (ABŞ + İsrail + kürd  terrorçuları ),
 --3. (Türkiyə + Suriya  Milli  Ordusu) 
bir-biri ilə savaş meydanına çevrilib .
Yayılan məlumatlara  görə  Türkiyənin  dəsdəklədiyi  Suriya  Milli  Ordusu ;
Rusiya, İsrail və ABŞ tərəfindən dəstəklənən  ayrı - ayrı  terrorçu  qrupları  bir- bir  sıradan  şıxarır.
Bölgəninin  qısa zamanda  Əsəd  rejimindən  azad ediləcəyi  gözlənilir.
GÜRCÜSTAN hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salmaq qərarı ;
ölkədə genişmiqyaslı etirazlara səbəb olub.
Prezident Salome Zurabişvili bu qərara qarşı çıxaraq , Tiflisdə və ölkənin bir çox yerlərində xaotik şəkildə küçələrə axışan etirazçılara qoşulub .
Fransa  AB vasitəsiylə  Gürcüstanda yeni "qızılgül" inqilabının baş  verməsinə  çalışır.
Hazırda Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Etirazlar davam edir və hökumətin bu vəziyyətə necə reaksiya verəcəyi, eləcə də Avropa İttifaqının bu proseslərə münasibəti böyük  həyacanla  izlənilir.
Cənubi Qafqazda   möhkəmlənməyə  can  atan  Kollektiv  Qərb   ERMƏNİSTANDA  da vəziiyyəti  gərginləşdirməklə məşğuldur.
Öz  niyyətini  həyata  keçirmək üçün  Fransa  AB  vasitəsiylə  Ermənistanda müxtəlif gedişlər edir.
Ermənistanın ardıcıl silahlanmasını  təşkil  etməklə  yanaşı ;
şərti sərhəddə tərəfləri  hərbi toqquşmalara çəkmək  istəyir.
Əslində  isə  Azərbaycan və Ermənistan  indiki halda hərbi qarşıdurmada maraqlı deyil .
Çünki, Nikol Paşinyan  hərbi qarşıdurmanın  nəticələrinin   Yeravanı  məyus  edəcəyini  yaxşı bilir.
AZƏRBAYCAN  isə  addım - addım irəliləyir.
II Qarabağ müharibəsindən sonra  Bakı  qlobal əhəmiyyətli COP29-a ev sahibliyi etdi. Dünya dövlətlərinin təmsilçiləri ölkəmizə  gəldi.
Bu  Azərbaycan  dövlətinin  formalaşdırdığı yeni situasiyanın qəbul edilməsi   istiqamətində  atılan  böyük  addım  idi.
Ermənistanın silahlandırılması  ilə  Azərbaycanı  qorxuzmaq  mümkün deyil .
Dekabr  ayında  tərəflər yenidən sülh masasına qayıtmalıdır.
Düşünürük ki : gözlənilən  sülh danışıqlarında irəliləyişlər əldə edilsə ;  bu , həm  Azərbaycanın həm  də  Ermənistanın xeyrinə  olar .

Qəvami  Sadıqbəyli
1  Dekabr  2024 - cü  il