📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Siyasi partiyanın qeydiyyatı üçün üzv tələbi 2 dəfə azaldılır

2022-11-21 12:15:00

Siyasi partiyanın qeydiyyatı üçün üzv tələbi 2 dəfə azaldılır

Siyasi partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı nəzərdə tutulan tələb dəyişdirilir.

Hurriyyet.az xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Yeni redaksiyaya əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olması tələbi qoyulub.

Xatırladaq ki, qanun layihəsinin ilkin versiyasına əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalı idi.

Qanun layihəsi yeni redaksiyada Milli Məclisin rəsmi saytında yerləşdirilib. (qafqazinfo)